Türkiyədə Qafqaz ruhunu, Dağıstan adət-ənənələrini yaşadan, qəlbləri vətən eşqi ilə döyünən üç nəfər - Bursa Kültür və Dayanışma dərnəyinin rəhbərləri, milliyətcə ləzgi olan Yaşar Sabri Döndər və Ramazan Kor, Türkiyədə nəşr olunan “Dağıstan” jurnalının redaktoru, milliyyətcə avar olan Şahabetdin Özden bu günlərdə İlk dəfə Azərbaycanda oldular.